26 
May
2020
13:06
708

Gürcüstanda parlament seçkilərinin təxirə salınması nəzərdə tutulurmu? Prezidentdən açıqlama

“Gürcüstanda fövqəladə vəziyyət rejiminin elan edilməsinə baxmayaraq, demokratiya prinsipləri heç bir mərhələdə pozulmayıb”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Vaziani hərbi bazasında Müstəqillik Gününə həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət vaxtında aradan qaldırılıb: “Buna görə də seçkilərin keçirilməsi və konstitusiya dəyişikliklərinin qəbul edilməsi gecikməyəcək”.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri bu ilin oktyabrın 31-nə təyin olunub.(report)

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri