29 
May
2020
17:20
2258

Gürcüstanın Baş Nazir Giorgi Qaxaria pensiyalarla bağlı vəd verdi

"Ağır iqtisadi krizisə baxmayaraq, iyulun birindən pensiyaların artması davam edəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bu gün parlamentdə çıxəşə zaman qeyd edib.

“Bu il pensiya 20 lari artdı, ağır iqtisadi krizisə baxmayaraq, pensiyaların artması prosesi davam edəcək” – dedi baş nazir.

Onun dediyinə görə, hərkəs bilir ki, bu yetrəli deyil.

“Bu mövzu mənim üçün də ağır bir mövzudur, çünki hərkəs bilir ki, pensiya məbləğinin arxasında vətəndaşlarımızın ağır yaşam şəraitləri var. Ancaq, son 7-8 ildir biz yoxsulluğun azaldılması baxımından və vətəndaşlarımız üçün gələcəyin daha ümidli olması üçün müəyyən önəmli addımlar atıldı” – dedi Giorgi Qaxaria parlamentdə.

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri