01 
İyn
2020
19:53
327

Zurabişvili Ermənistanın baş nazirinə tezliklə səhhətinə qovuşmağı arzulayıb

Salome Zurabişvili, Ermənistanın Baş naziri Nikol Paşinyana səhhətinə qovuşmağı arzulayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili öz tvitter səhifəsində yazıb.

“Sizə və ailənizə tez bir zamanda səhhətinizə qovuşmağı arzulayıram” -deyə prezident “Twitter” -də yazır.

Xatırladaq ki, bu gün Nikol Paşinyan Facebook-da canlı yayımda ailə üzvlərinin və özünün Covid-19-a yoluxduğunu bildirmişdi. Baş nazir bu mərhələdə virus simptomlarının müşahidə olunmadığını və özünü təcrid etdiyi iqamətgahından işini davam etdirəcəyini açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri