17 
İyn
2020
17:49
516

Kaxa Kaladze: "Əhali hər şeyi yaxşıca görür və seçkilərdə müvafiq qərar qəbul edəcək"

"Müxalifətin hakimiyyətdə olduğu onun nümunəsi idi ki, hakimiyyət nə cür olmamalıdır, müxalifətdə olduğu zaman isə, hamıya müxalifətdə nə cür olmamağı gəstərirlər".

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze deyib.

Onun dediyinə görə, Gürcüstan əhalisi hər şeyi çox yaxşı dəyərləndirir və 2020-ci il Parlament seçkilərində müvafiq qərar qəbul edəcək.

“Gəlin, daha öncəki dövrdən başlayaq, hələ onların hakimiyyətdə olduğu dövrdən, yalnız ictimaiyyətimizə deyil, bütün dünyaya göstərirdilər ki, hakimiyyət nə cür olmamalıdır, müxalifətdə olduğu zaman isə, hamıya müxalifətdə nə cür olmamağı gəstərirlər. Müvafiq olaraq, bir daha təkrar edirəm, əhali hər şeyi yaxşıca görür və seçkilərdə müvafiq qərar qəbul edəcək”, – dedi Kaxa Kaladze.

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri