19 
İyn
2020
09:21
488

Gürcüstan Aİ-ni regional münaqişələrin həllində daha fəal iştiraka çağırdı

“Suverenlik və ərazi bütövlüyünün pozulması bizim reallığımızdır və bu vəziyyət regionun təhlükəsizliyi üçün ağır nəticələr yaradıb”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrinin liderlərinin videokonfransında bildirib.

“Biz, Avropa İttifaqının suverenlik və beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü prinsiplərinin müdafiəsində dəstəyinə və həm Gürcüstan, həm də Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrin sülh yolu ilə həllində daha fəal iştirakına ümid edirik”, - baş nazir deyib.

G.Qaxaria qeyd edib ki, Şərq Tərəfdaşlığı ölkələrinin əsas məqsədlərindən biri Aİ-nin vahid bazarına mərhələli inteqrasiyadır: “Ümid edirik ki, bu istiqamətdə Avropa İttifaqı dəstək nümayiş etdirəcək”.

Hökumət başçısı bildirib ki, nəqliyyat və kommunikasiya əlaqələri inkişaf etdirilməli və bu sahədə əsas diqqət Qara dəniz regionunun potensialına yönəldilməlidir.(report)

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri