21 
İyn
2020
23:06
393

Arçil Talakvadze müxalifətə təşəkkür edib

"Ümid edirəm ki, ölknin siyasi spektri istiqamətilə Gürcüstanı güclü demokratik ölkəyə çevirmək üçün bu qərardan tam istifadə ediləcək".

InterPress.ge xəbər verir ki, bu haqda parlament sədri Arçil Talakvadze jurnalistlərə müsahibəsi zamanı qeyd edib.

O, parlament çoxluğunun üzvlərinə və səs vermə prosesində iştirak edən müxalifət üzvlərinə minnətdarlığını bildirib.

“Parlament birinci dinləmə ilə seçki sistemi ilə əlaqəli konstitusiya dəyişikliyi qanunlayihəsini təsdiqlədi. Bu günkü, gün ölkəmizin inkişafı uğrunda çox önəmli günlərdən biri idi. Mən parlament çoxluğunun üzvlərinə gürcü arzusu komandasına və səsvermədə iştirak edən müxalifət partiya üzvlərinə dərin təşəkkürümü bildirirəm", - dedi Talakvadze.

Onun bildirdiyinə görə 2-ci və 3- cü dinləmə növbəti 2 həftə ərzində baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri