22 
İyn
2020
16:46
577

Baş nazir: "Həmişə olduğu kimi seçkilərin şəffaf, demokratik, ədalətli keçirilməsi hökümətin öhdəliyidir"

"Seçki sistemi ilə əlaqədar olan qanunvericilik dəyişikliyindən sonra siyasi seçki prosesləri başlayır. Həmişə olduğu kimi seçkilərin şəffaf, demokratik, ədalətli keçirilməsi hökümətin öhdəliyidir. Bu demokratizasiyanın növbəti nümunəsi olacaq".

InterPress.ge xəbər verir ki, bu haqda baş nazir Qiorqi Qaxaria qeyd edib.

Hökumət başçısının qeyd etdiyinə görə, pandemiya altında keçirilən seçkilər ölkənin uğurlu təcrübə qazanmasına imkan verəcək qlobal çağırışdır.

“Seçki və pandemiya müxtəlif mövzulardır. Bu 2 mövzu ilə biz təcrübəli yığacağıq. Bu bizim həyatımızda yeni mərhələdir və biz çox şey öyrənməli olacağıq", - dedi Qaxaria.

Baş nazir xəstəliklərə nəzarət milli mərkəzinin direktoruna müraciət edərək, epideiologiyaya nəzərən hər gün səhiyyə və iqtisadiyyatla bərabər sosiyal və siyasi həyatı da nəzərə almalarına dair tapşırıq verdi.

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri