29 
İyn
2020
19:39
814

Gürcüstan prezidenti konstitusiya dəyişikliklərini imzaladı

Gürcüstan prezidenti, Salome Zurabişvili konstitusiya dəyişikliklərini imzaladı.

InterPress.ge xəbər verir ki, prezident bu gün bunu brifinqdə elan edib.

S. Zurabişvilinin qeyd etdiyinə görə, bu gün tarixi gündür.

Xatırladaq ki, 117 səslə Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini ilk dinləmə ilə qəbul etdi.

Dəyişiklikləri üç deputat – Bidzina Qeqidze, Kaxa Okriaşvili və Aleksandre Erkvaniya dəstəkləmədi.

Bu günki səsvermədə “Avropa Gürcüstanı” və “Milli Hərəkat” iştirak etmədi.

Konstitusiya layihəsini nəzərə alaraq, 2020-ci il Parlament seçkiləri qarışıq sistemi ilə keçiriləcək. Parlamentə 120 üzv proporsional və 30 üzv majoritar seçki sistemi ilə seçiləcək.

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri