30 
İyn
2020
10:08
206

Kvirikaşvili: "Gürcüstan parlamentinin qərarını alqışlayıram"

"Gürcüstan parlamentinin 29 iyun tarixli qərarını alqışlayıram. Nəticədə növbəti parlament çağırışında siyasi spektrin daha geniş nümayəndəliyi olacaq".

InterPress.ge xəbər verir ki, bu haqda keçmiş baş nazir Qiorqi Kvirikaşvili sosial şəbəkə səhifəsində yazır.

Kvirikaşvili dəyişiklik paketinə dəstək olan deputatlara təşəkkür edib.

"Gürcüstan parlamentinin qərarını alqışlayıram. Nəticədə növbəti parlament çağırışında siyasi spektrin daha geniş nümayəndəliyi olacaq.

Gürcüstan xalqını demokratik nailiyyətlər münasibətilə təbrik edirəm. Bu addıma dəstək olan bütün siyasi qüvvələrə, beynəlxalq tərəfdaşlarımıza və fasilitatorlara təşəkkür edirəm"- dedi Q. Kvirikaşvili.

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri