1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
11 
İyl
2020
11:10
722

Müdafiə qüvvələri alman brendinin ayaqqabıları ilə təchiz edilib - FOTO

Gürcüstanın müdafiə qüvvələrinin Avropa standartlı alman brendinə məxsus hərbi ayaqqabılarla təchiz edilmə prosesi uğurla başa çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirliyinin məlumatına görə, gürcü hərbçiləri yüksək səviyyəli, dünya brendli hərbi ayaqqabılarla təmin ediliblər. Müdafiə qüvvələrinin bazaları uzunboğaz ayaqqabılarla təmin edilib. Yüksək səviyyəli, Natonun aparıcı ölkələrinin standartlarına uyğun çəkmələr Avropa İttifaqının yüksək texnologiyaları və innovativ sistemli müəssisələrində istehsal edilir.

"Müdafiə nazirliyinin təşəbbüsü ilə müdafiə qüvvələrinin 29 illik tarixində ilk dəfə hərbçilər yüksək səviyyəli hərbi ayaqqabılarla təchiz edildi. Suya dözümlü, külək keçirməyən, ayaqda hava axınını təmin edən ayaqqabılar Avropa İttifaqında yüksək texnologiyaları və innovativ sistemli müəssisələrdə istehsal edilir. Bu hərbi ayaqqabılarla Almaniyanın, Fransanın, Böyük Britaniyanın və Natonun digər aparıcı ölkələrinin müdafiə qüvvələri təchiz edilir ", - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri