1 USD =3.074 GEL 1 EUR =3.629 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.417 GEL 1 RUB =4.189 GEL
11 
İyl
2020
18:25
914

KİV: Batumi meri istefa verib

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin meri Laşa Komaxidze istefa verib.

InterPress.ge xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumatlara əsasən, o, bu ilin oktyabrında keçiriləcək parlament seçkilərində hakim Gürcü Arzusu Partiyasının namizədlər siyahısında yer alacaq.

Batumi meriyasının Mətbuat xidməti istefa xəbərini nə təkzib, nə də təsdiq edib.

Qeyd edək ki, L.Komaxidze 2017-ci ildə Batuminin meri seçilib. Bundan öncə o, Acarıstanın kənd təsərrüfatı naziri olub.(report)

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri