13 
Fev
2020
18:30
352

Giorgi Qaxariya Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Gürcüstan nümayəndə heyəti, baş nazir Girogi Qaxariyanın rəhbərliyi ilə, Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

İnterPress.ge Birinici kanala istinadən xəbər verir ki, işçi səfər çərçivəsində, hökumət başçısı 56-cı Münhen Təhlükəsizlik Konfransının açılış sessiyasında iştirak edəcək.

Gürcüstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Giorgi Qaxariya konfrans çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.

Münhen, 56-cı Təhlükəsizlik Konfransına fevralın 14-dən 16-dək ev sahibliyi edəcək. Münhendə 500-dən artıq yüksək səviyyəli qərar qəbul edən şəxsi gözləyirlər.

Siyasi, biznes, akademik dairələrin və müllki ictimaiyyətin nümayəndələri mövcud böhran və gələcək təhlükəsizlik çağırışları barəsində müzakirələr aparacaqlar.

Bavariyanın paytaxtında Fransa prezidenti, Emmanuel Makron və ilk dəfə olaraq Kanadanın baş naziri, Castin Triudonu gözləyirlər. Təbiri Almaniya prezidenti Frank Valter Ştainmayer açacaq.

Koronavirus ilə bağlı çağırışlar barəsində Dünya Səhiyyə Təşkilatının prezidenti diskkusiyada iştirak edəcək.

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri