1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
20 
İyl
2020
18:40
946

Zaur Darğallı: "Çalışacağam ki, Marneulilərin və Qardabanlıların səsi parlamentdə olsun"

"Artıq bir gələcək deputat kimi çalışacağam ki, Marneulilərin və Qardabanlıların səsi parlamentdə olsun".

InterPress.ge xəbər verir ki, bu haqda Marneuli və Qardabanın majoritar deputatlığa namizədi Zaur Darğallı qeyd edib.

O, jurnalistlərlə Marneulidə həyata keçirilən layihələr barədə danışıb.

"Mən 1 il əvvəl əhaliyə söz vermişdim ki, hər bir ailənin üzvü olacam. Bunu biz Qardabandada davam edəcəyik. 2012-ci ildən Marneulidə bələdiyyənin inkişafı üçün çox önəmli layihələr həyata keçdi. Marneulidə mövcud çağırışları aradan qaldırmaq üçün lazımi addımlar atılıb. Son illərdə Marneuli bələdiyyəsində içməli su, yol infrastrukturası, Mərkəzi yol kimi çox vacib problemlər həll olundu. Cari ildə eləcədə yaxın gələcəkdə Marneulinin susuz və yolsuz kəndi qalmayacaq", - deyə Zaur Darğallı bildirib.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri