13 
Fev
2020
20:56
400

Brüsseldə Gürcüstanın NATO-ya üzvlüyü müzakirə edildi

“Gürcüstanın NATO-ya üzvlüklə bağlı səyləri dönməz prosesdir”.

İnterPress.ge xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

Nazir deyib ki, Gürcüstan NATO-ya üzv olmaq məqsədinə nail olmaq üçün Alyansla əməkdaşlıq üçün bütün praktiki mexanizmləri uğurla istifadə edib.

Görüşdə NATO-Gürcüstan Tədbirlər Paketinin yenilənməsi, Gürcüstanın müdafiə qüvvələrində həyata keçirilən islahatlar və ölkənin Qara dəniz bölgəsində təhlükəsizliyin möhkəmləndirilməsindəki rolu müzakirə olunub.

Qeyd olunub ki, Gürcüstan NATO-ya inteqrasiyada uğurlu nümunədir və ölkə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verir.(report)

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri