1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
23 
İyl
2020
13:25
717

Baş naziri Giorgi Qaxaria gənc qızın ölümü ilə bağlı Daxili İşlər Nazirliyinə tapşırıq verdi

Gürcüstanın baş naziri Giorgi Qaxaria Daxili İşlər Nazirliyinə tapşırıq verdi ki, 23 yaşlı Tamar Baçaliaşvilinin ölüm işinin istintaqı ilə bağlı vətəndaşlara detallı məlumat verilsin.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir hökumət iclasında bildirib.

Qaxaria qeyd etdi ki, belə trajik hallara hərkəs daha böyük məsuliyyətlə yanaşmalıdır.

“Bu hadisə ilə bağlı spekulyasiyalara yer verməməliyik. İlk öncə tez və efektiv istinaq aparılmalıdır və istintaqın gedişatı ilə bağlı ictimaiyyətə məlumat verilməlidir” – dedi Giorgi Qaxaria.

Baş nazirin dediyinə görə, ölkədə istintaqla bağlı problemlərin mövcud olduğunu hər kəs bilir və həmin sahədə islahatların keçirilməsi ona görə başladı.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri