24 
Fev
2020
15:47
610

David Zalkaliani: "Hökumət 24 saatlıq rejimdə işləyir ki, koronavirusun Gürcüstanda yayılması baş verməsin"

"Missiyamız Cenevrə Səhiyyə Ofisi ilə fəal işləyir ki, virusun prevensiyası ilə bağlı, Gürcüstan da prosesə qoşulmuş olsun".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Cenevrədə jurnalistlər ilə söhbəti zamanı bildirib.

“Hökumət 24 saatlıq rejimdə işləyir ki, koronavirusun Gürcüstanda yayılmasının maksimal prevensiyası baş versin. Çin ilə bağlı kəskin qərarlar qəbul edilməlidir. Həmçinin İrana qarşı da tədbirlər görülməlidir. Təbiidir ki, biz Avropalı partnyorlarımız ilə sıx koordinasiyadayıq. Həmçinin İtaliyada bizim səfirliyimiz hakimiyyət nümayəndələri ilə fəal əlaqədədir. Burada, Cenevrədə də söhbətimiz olacaq. Missiyamız Cenevrə Səhiyyə Ofisi ilə fəal işləyir ki, virusun prevensiyası ilə bağlı, Gürcüstan da prosesə qoşulmuş olsun. İnanın, hökumət hər şeyi edir ki, virusun yayılmasının qarşısı alınsın”, – David Zalkaliani bildirdi.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri