04 
Mat
2020
11:49
959

Saakaşvili: “Novruz bayramı yaxınlaşır, iranlıların Gürcüstana girişinə müvəqqəti qadağa qoyulmalıdır”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yeni koronavirusla əlaqədar olaraq İran vətəndaşlarının Gürcüstana girişinin müvəqqəti qadağan edilməli olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili video müraciətində bildirib.

O deyib ki, iranlı turistlər Novruz bayramı ilə bağlı müxtəlif tədbirlərə qatılmaq üçün Gürcüstana səfər etməyi planlaşdırırlar:

“Novruz bayramı yaxınlaşır. Bilirsiniz ki, iranlı turistlər çox vaxt Gürcüstana gəlir, Gürcüstanı çox sevirlər. Turistlər normal vəziyyətdə ölkəyə gəlib pul xərcləyirlərsə, bu, bizim iqtisadiyyat və cəmiyyətimiz üçün yaxşıdır. Lakin bu gün İranda koronavirus geniş yayılıb, məktəblər bağlanır, ictimai yerlər bağlanır, konsertlər qadağandır”.

Keçmiş dövlət başçısının sözlərinə görə, Novruz bayramı ilə əlaqədar 40-50 minə arası iranlının Gürcüstana səfər edəcəyi və onların konsertlərdə, ictimai tədbirlərdə iştirak edəcəyi gözlənilir:

“Gürcüstan hökuməti isə susur və bununla bağlı heç bir tədbir görmür”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri