15 
Apr
2020
21:13
1265

Gürcüstanın dörd böyük şəhərinə giriş-çıxış bağlandı

Hökümətin qərarına əsasən, Gürcüstanın dörd böyük şəhərinin - Tbilisi, Rustavi, Batumi və Kutaisi - 10 gün ərzində bütün nəqliyyat növlərinə giriş və çıxış qadağan edildi.

InterPress.ge xəbər verir ki, müvafiq qərar bu gün saat 21: 00-da qüvvəyə mindi.

Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın sözlərinə görə, ölkə virusun tam miqyaslı daxili yayılması mərhələsindədir.

"15 aprel saat 21: 00-dan etibarən 4 böyük şəhərdə - Tbilisi, Rustavi, Batumi və Kutaisi - 10 gün ərzində bütün növ nəqliyyat (giriş və çıxış) qadağan edildi", - Giorgi Qaxaria dünən keçirilən brifinqdə bildirib.

İstisnalara icazə verilir, bunun üçün vətəndaşlar 144 nömrəli qaynar xəttə müraciət edə bilərlər.

Tbilisi, Kutaisi, Batumi və Rustaviyə tətbiq olunan məhdudiyyətlər konkret fəaliyyət göstərən şəxslərə şamil edilmir.

Gürcüstan iqtidarının martın 23-də hazırlanan №181 qərarında dəyişikliklər oldu və qeyd olunan qərarın birinci maddəsi ilə, hərəkət etmə məhdudiyyətlər növbəti şəxlərə aid deyil:

  1. Tibb işçilərinin hərəkətinə;
  2. Beynəlxalq yük daşıyıcılarına;
  3. Diplomatik korpus nümayəndələrinin iş fəaliyyəti ilə bağlı hərəkət etmələrinə,
  4. Məhbusların keçirilməsinə;
  5. Pul və dəyərli əşyaların inkasasiyasına;
  6. Elektrik enetji, təbii qaz və su təminatı xidməti və zibil yığma xidmətinin əməkdaşlarının hərəkət etmələrinə;
  7. Medya vasitələrinin nümayəndələrinin iş fəaliyətləri ilə bağlı hərəkət etmələrinə;
  8. Ritual xidməti üçün hərəkət etmək (dəfn mərasimi və sairə);
  9. Beynəlxalq təşkilatların humanitar yardım məqsədi üçün hərəkət etmələri;
  10. Özəl müdafiyə fəaliyyəti ilə bağlı işləyən şəxslərin hərəkət etmələri;
  11. Fəaliyyəti kritik dərəcədə önəmli olan müəssisələrin əməkdaşlarının hərəkəti.

Bizimlə əlaqə saxlayın