16 
Apr
2020
12:32
1202

Gürcüstan prezidenti Ermənistan prezidenti ilə görüntülü danışdılar - Nələr müzakirə olundu?

Gürcüstan Prezidenti Salome Zurabişvili, Ermənistan prezidenti Armen Sarkisyanla video bağlantı vasitəsilə danışıb.

InterPress.ge xəbər verir ki, bu barədə prezident administrasiyasının saytında məlumat verilib.

Əsas müzakirə mövzusu bölgədəki və dünyada koronavirusla bağlı vəziyyət olub.

Erməni həmkarı ilə söhbət zamanı Zurabişvili virusun daha da yayılmasının qarşısını almaq üçün hazırda görülən tədbirləri müzakirə etdi. Tərəflər mövcud böhran vəziyyətində regional əməkdaşlıq və qarşılıqlı həmrəyliyin çox vacib olduğunu qeyd etdilər.

Tərəflər böhrandan sonrakı dövrə hazırlıqları, ölkələrin qarşılaşacaqları ehtiyac və çətinlikləri də müzakirə etdilər.

Bizimlə əlaqə saxlayın