22 
Apr
2020
22:21
2984

Vitse-spiker: “Marneulidəki etiraz aksiyası Gürcüstana qarşı təxribat olub”

Gürcüstan parlamentinin vitse-spikeri Giorgi Kaxiani Marneulidə bu gün keçirilən etiraz aksiyasına münasibət bildirib.

InterPress.ge Newsbureau saytına istinadən xəbər verir ki, o, aksiyanı təxribat və ölkəyə qarşı sabotaj adlandırıb.

Parlament üzvü mitinqin konkret siyasi partiyalar tərəfindən təşkil olunduğunu güman etdiyini bildirib:

“Bu cür mitinqlər istər-istəməz virusun yayılmasına səbəb olacaq. Buna görə də bu cür hərəkətlər birmənalı olaraq ölkəyə qarşı zərər vurmaq məqsədi daşıyıb”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər