24 
Apr
2020
20:07
3025

Gürcüstan Ukraynadakı səfirini geri çağırıb 

Gürcüstan Kiyevdəki səfirini Mixeil Saakaşviliyə Ukraynada vəzifə verilməsinə etiraz olaraq geri çağırıb.

InterPress.ge UNIAN-a istinadən xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkaliani Ukrayna prezidenti Vladimir Zelenskinin Saakaşvilini baş nazirin müavini vəzifəsinə təyin etməsi haqqında qərarından çox məyus olduqlarını deyib.

Bildirilib ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Ukraynadakı səfirini geri çağırıb.

Ukrayna Milli Polisinin keçmiş başçısı, Birləşmiş Milli Hərəkatın üzvü Xati Deknoidzenin sözlərinə görə, Gürcüstan hökuməti bununla Ukraynaya qarşı praktik olaraq diplomatik müharibə elan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər