25 
Apr
2020
12:55
4418

Bolnisidə daha üç kənd sərt karantin rejiminə alındı - Giriş, çıxış bağlanıb

İdarələrarası Koordinasiya Şurasının qəbul etdiyi qərara əsasən yüksək epidemioloji risk səbəbindən Bolnisi Bələdiyyəsinin Xatisopeli, Vanati və Muşevani kəndlərində ciddi karantin məhdudiyyəti tətbiq edildi.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayır.

Məhdudiyyətlər 24 saat ərzində Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birlikdə Fövqəladə Hallar heyəti tərəfindən nəzarət ediləcək.

Karantin şərtləri vətəndaşların sərbəst hərəkətini məhdudlaşdırır. Nəzarət-buraxılış məntəqələri Xatisopeli, Vanati və Muşevani kəndlərinin giriş və çıxışlarında qurulub.

Polis yerli əhaliyə karantin məhdudiyyətlərini izah edəcək və lazım olduqda mümkün qədər kömək edəcəkdir.

Bizimlə əlaqə saxlayın