25 
Apr
2020
16:54
1364

Gürcüstan XİN Azərbaycana təşəkkür edib

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) ərazi bütövlüyünə verdiyi dəstəyə və işğal altındakı Tsxinvali rayonunun Taxtisdziri kəndi yaxınlığında aparılan qanunsuz hasarlama işlərini qınadığına görə Azərbaycana təşəkkür edib.

InterPress.ge xəbər verir ki bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib.

"Gürcüstan beynəlxalq ictimaiyyətin ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstəyi yüksək qiymətləndirir və işğal xətti olan Tsxinvali rayonunun Taxtisdziri kəndi yaxınlığındakı qanunsuz hasarlama işlərini qınadığına və möhkəm duruş göstərdiyinə görə təşəkkür edir", - deyə paylaşımda qeyd olunub.

Bizimlə əlaqə saxlayın