26 
Apr
2020
16:19
3682

Gürcüstanda daha bir rayon sərt karantin rejiminə keçdi

Tetritskaro bələdiyyəsinin inzibati mərkəzi bağlandı.

InterPress.ge xəbər verir ki, bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili məlumat verib.

Məlumata görə, qərar Tetritskaroda aşkar edilmiş koronavirusla əlaqədardır.

Shota Rexviaşvilinin sözlərinə görə, Tetritskaro bələdiyyəsinin inzibati mərkəzində, xüsusən Tetritskaro şəhərində karantin elan edildi və giriş-çıxışlarda 4 nəzarət nöqtəsi quruldu.

Onun sözlərinə görə, bələdiyyədə cov-19 yoluxmasının 19 hadisəsi təsdiqlənib, onlardan 12-si birbaşa Tetritskaro mərkəzindədir, qalanları üç kənddədir, lakin bu kəndlərin bağlanmasına ehtiyac bu mərhələdə yoxdur.

Bizimlə əlaqə saxlayın