08 
May
2020
11:34
1218

Gürcüstanın Ukraynadakı səfiri geri çağırılır

Gürcüstan hökumətinin qərarı ilə ölkənin Ukraynadakı səfiri Teymuraz Şareşenidze Tbilisiyə çağırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani bildirib.

Onun sözlərinə görə, buna səbəb ötən gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmasıdır.

XİN başçısı qeyd edib ki, Gürcüstan Ukrayna ilə diplomatik münasibətləri dayandırmaq imkanı və ya strateji tərəfdaşlıq münasibətlərini nəzərdən keçirməyə hazırlaşmır: “Lakin strateji tərəfdaşın Gürcüstan məhkəmə sistemi tərəfindən məhkum edilən və axtarışa verilən şəxsin vəzifəyə təyin etməsi suallar doğurur və ikitərəfli münasibətlərə mənfi təsir göstərir”.(report)

Bizimlə əlaqə saxlayın