08 
May
2020
20:16
713

ABŞ-ın  Xəstəliklərə Nəzarət üzrə Mərkəzi Gürcüstana üç miliyon dollar ayırıb

ABŞ-ın Xəstəliklərə Nəzarət üzrə Mərkəzi Gürcüstan üçün Covid 19-a qarşı mübarizəyə dəstək olaraq əlavə 3 milyon dollar miqdarında yardım ayırıb".

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan videomüraciətdə bildirib.

Səfirin sözlərinə görə, ABŞ səhiyyə sektoruna yardımı davam etdirir.

Deqnan hesab edir ki, 3 milyon dollar miqdarında yeni maliyyə vəsaiti Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzi və Gürcüstanın tərəfdaşlığını gücləndirəcək. Bu tərəfdaşlıq 10 ildən artıqdır ki, mövcuddur və ictimai səhiyyənin bir sıra prioritet istiqamətlərini əhatə edir. Bunlara Hepatit C-nin aradan qaldırılması proqramı, Gürcüstan miqyasında laboratoriyalara nəzarəti və standardları təmin edən Richard Luqar adına mərkəz və s. daxildir

“Daha çox bilmək istəyirsinizsə, ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin veb səhifəsinə daxil olun. Bu gün bizə qoşulduğunuz üçün və bu virusa qarşı mübarizədə verdiyiniz töhfələrə görə sizə təşəkkür edirəm. Mübarizə hələ bitməyib, amma irəliləyiş göz qabağındadır ”deyə Deqnan bildirib.

Bizimlə əlaqə saxlayın