13 
May
2020
16:32
853

Eka Beselia: "Seçki sistemi dəyişdirilməlidir ki, seçkilərin bir mənası olsun"

"Bu gün müxalifət nümayəndələri tərəfindən konstitusiya dəyişiklikləri və 8 mart razılaşması ilə bağlı birgə bəyanatın verilməsi planlaşdırılır".

InterPress.ge xəbər verir ki, bu barədə Müstəqil deputat Eka Beselia deyib.

Onun dediyinə görə, müxalifət partiyaları konsultasiyalar üçün toplanıblar.

“Düşünürəm ki, mövqelərimizin prinsipal olaraq birgə olduğu bir bəyanat bu gün veriləcək. İqtidarın ictimaiyyətə verdiyi vədi yerinə yetirməməsinə və konstitusiya qanunlayihəsinin gündəmdən düşməsinə imkan verməməliyik.

Müstəqil şəkildə, dəyişiklikıəri qəbul etməyə parlament əksəriyətinin kifayət qədər səsi yoxdur və ona müxalifətin səsi də lazımdır. Seçki sistemi dəyişdirilməlidir ki seçkilərin bir mənası olsun və bunun üçün konstitusiya dəyişikliklərinə səs verməliyik” – dedi Eka Beselia.

Bizimlə əlaqə saxlayın