14 
May
2020
09:56
1227

Rustavi və Qardabanidə giriş-çıxışla bağlı bütün məhdudiyyətlər ləğv edildi

Bu gündən etibarən Rustavi və Qardabanidə nəqliyyat hərəkəti tam bərpa edildi.

InterPress.ge xəbər verir ki, hər iki şəhərdə giriş-çıxışla bağlı bütün məhdudiyyətlər ləğv edilib.

Xatırladaq ki, 18 maydan etibarən Marneulidə məhdudiyyətlər tamamilə qaldırılacaq.

Qeyd edək ki, ölkədə hələ də komendant saatı mövcuddur, bu müddətdə 21: 00-dan 06: 00-a qədər küçədə hərəkət etmək qadağandır.

Koronavirusun qarşısının alınması məqsədi ilə mayın 22-dək ölkədə fövqəladə vəziyyət elan edilib.

Bizimlə əlaqə saxlayın