15 
May
2020
09:48
2689

Bolnisidə daha bir kənddə sərt karantin rejimi elan edildi

Dünən səkkiz yeni koronavirus hadisəsinin aşkarlandığı Bolnisi Bələdiyyəsinin Aşağı Güləver (Geta) kəndi bağlanıb.

InterPress.ge xəbər verir ki, səhər 06:00-dan etibarən kənddə sərt karantin rejimi tətbiq olunub.

Aşağı Güləver (Geta) kəndində bu günə qədər təsdiqlənmiş 13 yoluxma qeydə alınıb.

Xatırladaq ki, dünən təsdiqlənən 15 yeni kovidinfeksiya hadisəsindən yeddisi Dəllər (Muşavani) kəndi, səkkizi isə Aşağı Güləver (Geta) kəndindəndir.

Bizimlə əlaqə saxlayın