15 
May
2020
11:27
2112

Sərt karantin rejimi elan edilən Bolnisinin Geta (Aşağı Güləver) kəndində son vəziyyət - VİDEO

İdarələrarası Koordinasiya Şurasının verdiyi qərara görə, yüksək epidemioloji risk səbəbiylə fövqəladə vəziyyətin bir hissəsi olaraq Bolnisi Bələdiyyəsinin Geta (Aşağı Güləver) kəndində ciddi karantin məhdudiyyəti tətbiq edilmişdir.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata bildirilir.

Daxili İşlər Nazirliyinin əməkdaşları Müdafiə Qüvvələrinin nümayəndələri ilə birlikdə günün 24 saatı məhdudiyyətlərə nəzarət edəcəklər.

Karantin şərtlərinə vətəndaşların sərbəst hərəkətinə məhdudiyyətlər daxildir. Nəzarət-buraxılış məntəqələri kəndin giriş-çıxışında tənzimlənir.

Polis yerli əhaliyə karantin məhdudiyyətlərini izah edəcək və lazım olduqda mümkün qədər kömək edəcəkdir.

DİN-dən bildirilir ki, Gürcüstan ərazisindəki bütün şəxslər Gürcüstan səhiyyəsi sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar.

Bizimlə əlaqə saxlayın