21 
May
2020
14:05
3828

Fövqəladə vəziyyət rejimi və komendant saatı may ayının 22-dək qüvvədədir - mayın 23-dən ləğv olunur

“Bizim öhdəliyimiz ölkəni tədricən normal, lakin çox diqqətli, normal həyat tərzinə qaytarmaqdır".

InterPress.ge xəbər verir ki, bu barədə nazirlər kabinetinin iclasından əvvəl Baş nazir Giorgi Qaxaria məhdudiyyətlərin qaldırılması barədə danışarkən bildirib.

Qaxaria qeyd edək ki, hökumət 22 maydan sonra fövqəladə vəziyyət rejiminin uzadılmaması üçün qərar qəbul edib.

"Hökumət fövqəladə vəziyyət və komendant saatı müddətini uzatmamaq qərarına gəldi ", - dedi Qaxaria.

Qeyd edək ki, Gürcüstanın bütün ərazisində elan edilmiş fövqəladə vəziyyət mayın 22-dək qüvvədədir. Belə ki, may ayının 22-dən sonra fövqəladə vəziyyət və komendant saatı qüvvədən düşür, yəni may ayının 23-ü fövqəladə vəziyyət və komendant saatı ləğv olunur.

Bizimlə əlaqə saxlayın