26 
May
2020
09:31
1619

Azərbaycan XİN Elmar Məmmədyarov Gürcüstan xalqını təbrik etdi

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı David Zalkalianiyə Gürcüstanın Müstəqillik Günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat paylaşıb.

Məktubda XİN başçısı Elmar Məmmədyarov Azərbaycanla Gürcüstan arasında səmimi münasibətlərin və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da dərinləşəcəyinə əmin olduğunu vurğulayıb.

“Mən Gürcüstanın Müstəqillik Günü münasibəti ilə ən səmimi təbriklərimi ifadə etməkdən şərəf və məmnuniyyət duyuram. Əminəm ki, Azərbaycan Respublikası və Gürcüstan arasında ortaq maraqlara və ölkələrimizin müstəqilliyinə, ərazi bütövlüyü və suverenliyinə əsaslanan səmimi münasibətlər, əməkdaşlıq əlaqələri gələcəkdə daha da yüksələcək. İnanıram ki, iki ölkə arasındakı ənənəvi yaxşı əlaqələr və məhsuldar əməkdaşlıq inkişaf edəcək və xalqlarımızın rifahını gücləndirəcək”, - deyə məktubda qeyd olunub.

Bizimlə əlaqə saxlayın