28 
May
2020
16:00
673

Gürcüstanın Xarici İşlər Naziri Azərbaycanı təbrik edib

Gürcüstan Xarici işlər naziri David Zalkaliani Azərbaycanı Respublika Günü münasibəti ilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə nazir özünün Twitter hesabında paylaşım edib.

"Respublika Günü münasibəti ilə Azərbaycana ən xoş təbriklərimi çatdırıram. Qonşu və strateji tərəfdaş ölkəmizə, azərbaycanlı dostlarımıza uğurlar və rifah arzulayıram", - deyə nazir bildirib.

Bizimlə əlaqə saxlayın