18 
Iyn
2020
19:08
1740

Kobaxidze, müxalifətin bu qərarı Gürcü Arzusu-nun qələbəsini asanlaşdıracağını bildirdi

"Saakaşvili, Bokeria, Burcanadze, İnaşvili, Natelaşvili, Qubaz Sanikidze bərabər namizədlər irəli sürürlər və təsəvvür edin ki, onların qalibiyyət şansı necədir".

InterPress.ge xəbər verir ki, bu haqda parlament çoxluğunun üzvü İrakli Kobaxidze jurnalistlərə verdiyi müsahibə zamanı qeyd edib.

Kobaxidzenin dediyinə görə, bu qərarla Tbilisinin 8 seçki məntəqəsində ilk turda Gürcü Arzusu qalib gələcək.

“Bu bizim xeyrimizə olan bir qərardır. Müxalifət seçki siyahısına və majoritar istiqamətlə nə qədər çox birləşsələr biz bir o qədər seçkidə asanlıqla qalib gələrik. Bu isə bizim Tbilisidə 8 seçki məntəqəsində qalib olacağımızı göstərir. Saakaşvili, Bokeria, Burcanadze, İnaşvili, Natelaşvili və Qubaz Sanikidze – birgə namizədlər irəli sürürlər və təsəvvür edin onların qalib olma şansları nə qədərdir - sıfır. Bununla da gürcü arzusu seçkidə asanlıqla qalib gələcək", deyə Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın