20 
Iyn
2020
15:24
2104

Hakim Gürcü Arzusu partiyası bəyanat yayır

Hakim Gürcü Arzusu partiyası bəyanat yayır.

InterPress.ge xəbər verir ki, biyasi birləşmə Gürcü arzusu demokratik Gürcüstan 20 iyun hadisəsi ilə bağlı açıqlama verib.

"Bu gün 20 iyun hadisələrindən 1 il ötür və dinc emosional fonda bir daha dəyərləndirilməsi və bu günə ad qoyulması vacibdir.

Gürcüstan azadlıq uğrunda çox mübarizə aparıb. Hamımızın bilirik ki, azadlıq böyük məsuliyyətdir. Bu demokratik idarəetmə şərtlərində ölkənin zənginliyidir.

Təəssüflər olsun ki sağlam, fəal etirazlar nadir hallarda xaos və zorakılığa qədər çatır. Biz bunun nümunəsini yalnız Gürcüstanda görmürük. Bu kimi hallarda isə istənilən hakimiyyət dövlətin və ictimaiyyətin proses qanunvericiliyindən çıxmaması üçün qanunu qorumalıdır. Biz 20 iyun hadisələrini məhz bu rakursdan analiz edib dəyərləndirməliyik. Ötən il hökümət tərəfindən buraxılan səhvə ictimaiyyət öz etirazını bildirdi. Hökümət öz səhvini etiraf edərək üzərinə siyasi məsuliyyət götürdü.

Təəssüflər olsun ki, müxalifət partiyalar vəziyyətdən istifadə edərək vəziyyəti öz maraqlarına görə idarə etməyə çalışdılar. Parlament binasına və polis qüvvələrinə şturm yeridərək zorakı yolla höküməti devirməyə cəhd etdilər. Baş vermiş hər bir hadisə televiziyalar tərəfindən işıqlandırıldı. Aksiyada media nümayəndələri və vətəndaşlar xəsarət aldılar. Onların bu ağır vəziyyətdə yaralanması çox təəssüfedici idi. Dövlət onların sağlamlıq durumlarını bərpa etmək üçün bütün məsuliyyəti öz üzərinə götürdü.

Qeyd edək ki, şturm iştirakçılarının çox hissəsi məhkəmə prosesində törətdikləri cinayəti etiraf etdilər.

Bu gün 20 iyun hadisəsindən 1 il ötür hadisələr soyuq fikirlərdə emosional hisslərlə xatirələrdə qalır. Pandemiyaya qarşı xalqımızın və dövlətin xüsusi mübarizəsi xalqı və höküməti daha da bir birinə bağlayır. Gürcü arzusunun effektli addımları və ictimaiyyətin konsolidasiyası bir daha müxalifətin distruktiv günlük qaydasına nöqtə qoydu.

Biz xalqın bizə olan dəstəyini hiss edirik. Biz ölkəmizin tarixi və gələcəyi qarşısında məsuliyyət daşıyırıq. Bundan irəli gələrək gürcü arzusu Gürcüstan xalqı ilə bərabər hər bir çətinliyin üstəsindən gələcək. Biz bərabər Gürcüstanı qalibiyyət yoluna çıxaracağıqvə demokratik müstəqil Avropa evinə layiqli üzv edəcəyik - deyə açıqlamada qeyd olunur.

Bizimlə əlaqə saxlayın