20 
Iyn
2020
22:58
1824

Xoştaria: "Qavrilova, Kadirova və Putinə demək istəyirəm ki, ölkəmiz qarşısında diz çökməli olacaqsınız"

"Qavrilova, Kadirova və Putinə demək istəyirəm ki, üzr istəmək yox, ölkəmiz qarşısında diz çökməli olacaqsınız".

InterPress.ge xəbər verir ki, bu haqda “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Elene Xoştaria Rustaveli küçəsində anti işğal aksiyasında çıxışında qeyd edib.

O, eləcə də 20 iyun tarixi ağrı, və “ Gürcü arzusu”- nun utancverici günü olduğunu bildirib.

“ 20 İyun bizim qəlbimizdən və ağlımızdan silinməyəcək. Biz həmişə bu günü xatırlayacağıq və hər zaman 20 iyun hadisəsinə görə cavab istəyəcəyik. 20 iyun ağrılı gündür çünki, indi burada iştirak edənlər və evdə olub buraya qatıla bilməyənlər xəsarət almışdılar. Mən tez- tez ad çəkməyi sevmirəm lakin bu gün ad qeyd etməsəm olmaz. Bir gözünü Abxaziya müharibəsində, digər gözünü burada itirən Koba Letodiani. Bu ağrı unudulmamalıdır və heç vaxt bizlərdən silinməyəcək. Biz Oktyabrda bu “ Gürcü arzusunu” dəyişəcəyik. Lakin bu mübarizə çox böyükdür. Sonda isə Qavrilova, Kadirova və Putinə demək istəyirəm ki, üzr istəmək yox, ölkəmiz qarşısında diz çökməli olacaqsınız”, - Elene Xoştaria.

İpn.ge

Bizimlə əlaqə saxlayın