28 
Iyn
2020
11:17
2152

Hakim Gürcü Arzusu partiyası üzr istədi

"Ölkə adından məsuliyyətsiz və qeyri etik açıqlamadan dolayı Almaniya səfirindən üzr istəmək borcumuzdur".

InterPress.ge xəbər verir ki, bu cümlə Gürcü Arzusu demokratik Gürcüstan partiyasının bəyanatında qeyd edilib.

Partiya hesab edir ki, radikal müxalifət liderlərinin qərb tərəfdaşlarına qarşı hücumu və onların antiqərb kampaniyaları narahatdoğurucu və miqyaslı forma yaradır.

Partiyanın açıqlamasını dəyişməz olaraq sizə təqdim edirik:

“Son zamanlarda radikal müxalifət liderlərinin qərb tərəfdaşlarına qarşı hücumu və onların antiqərb kampaniyaları narahatdoğurucu və miqyaslı forma yaradır. Radikal müxalifət daha ağır siyasi krizisə daxil olarsa o zaman onların məsuliyyətsizliyi daha da böyüyər deyə düşünürük. Bununla bərabər ölkəmizə müəyyən ziyan dəyə bilər. Bundan irəli gələrək istənilən məsuliyyətsizliyə mütləq lazımi müdaxilə olunacaq.

Xatırladaq ki, radikal müxalifət liderləri açıq aşkar razılaşmanın yerinə yetirilməsinə etiraz edirlər. Radikal müxalifət partiyalarının bir neçə üzvü açıqlama verib ki, 8 mart razılaşmasının pozulması istənilir.

Radikal müxalifətin antiqərb kampaniyasının kulminasiya nöqtəsi onların liderlərinin Şalva Natelaşvili və Qiqa Bokeria tərəfindən Almaniya səfirinin sözlərinə qarşılıq tərbiyəni və etik normalarını pozacaq təhqiramiz sözlərin söylənməsi idi. Bokerianın və onun həyat yoldaşının təhqiramiz açıqlamalarını Natelaşvili daha da ağırlaşdırdı. Bu açıqlamalarla yalnız Almaniya səfiri deyil eyni zamanda alman xalqı və Almaniya dövləti təhqir edildi. Almaniya dövləti 90-cı illərdən bu günədək Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, ölkəmizin Avropaya və Avroatlantikaya inteqrasiyaya töhfəsi olub.

Qeyd edək ki, Natelaşvilinin açıqlaması təkcə alman xalqına və alman dövlətinə deyil, ilk növbədə Gürcüstan cəmiyyətinə təhqirdir. Ölkə adından məsuliyyətsiz və qeyri etik açıqlamadan dolayı Almaniya səfiri Hubert Knirşdən üzr istəmək borcumuzdur. Bu təhqiarmiz açıqlamalar dostumuz Alman səfirinin 8 mart razılaşması ilə əlaqədar dediyi həqiqətlərə cavab idi. Bu həqiqət ilk öncə iyunun 23–də Avropa İttifaqının səfiri Karl Harçel tərəfindən maksimal dərəcədə diplomatik, daha sonra isə iyunun 25–də Amerika səfiri Keli Deqan tərəfindən səsləndirilmişdi. Müxalifət liderlərinin bu cür addımları şəffaf şəkildə aydındır. Onlar konstitusiya dəyişikliklərini dəstəkləmirlər və onun pozulmasına ümid bəsləyirlər. Bu il keçiriləcək seçkilər siyasətdə qərb dəyərlərinə qarşı çıxan hər kəsə yerini göstərəcək”- deyə açıqlamada qeyd edilib.

Bizimlə əlaqə saxlayın