01 
Iyl
2020
20:49
484

Salome Zurabişvili: "Gürcüstan demokratiya testindən keçdi"

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün səfirlərlə görüşdü.

InterPress.ge xəbər verir ki, bu barədə Prezident administrasiyasından verilən məlumatda deyilir.

Məlumata görə, ölkə başçısı səfirlərə proseslərə qatıldıqları üçün minnətdarlıqlarını bildirdi.

Orbelianilər iqamətgahında baş tutan görüşdə Salome Zurabişvili qeyd etdi ki, Gürcüstan demokratiya testindən keçdi, lakin bu proses artıq bitməlidir. İndi isə dinc və ədalətli seçkilərin nümunəvi keçirilməsidir.

Görüşə Avropa İttifaqının Gürcüstandakı səfiri - Karl Harçel, Avropa İttifaqı ofisinin rəhbəri Kristian Uars, ABŞ-ın Gürcüstandakı səfiri - Keli Deqnan və Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş qatılmışdı.

Bizimlə əlaqə saxlayın