05 
Iyl
2020
12:09
1472

Natelaşvili Türkiyə hakimiyyətinə müraciət etdi

"Türkiyə iqtidarına müraciət edirik, Türkiyənin xarici siyasətini gərginləşdirən və Gürcüstanla gələcək munasibətini çartladan qərar verməsin".

InterPress.ge xəbər verir ki, bu barədə “Leyborist partiyasının” lideri Şalva Natelaşvili keçirdiyi mətbuat konfransında deyib.

Şalva Natelşavili qeyd edib ki, iyulun 15-dən İstanbudaki Aya Sofya kilsəsi məscid kimi elan ediləcək.

Onun dediyinə görə, bu qərar Türkiyənin beynəlxalq imicinə zərər verəcək.

“Türkiyə iqtidarı İstanbuldaki ən böyük xristian dəyərini məscidə çevirmək istəyir. Təssüflər olsun ki, Gürcüstan çətin bir xəttə düşür, harda Rusiya ekspresyionizmi ilə bərabər, panturkizm də gücləşir. Bizim David Qarecimiz də bunun qurbanı oldu və Əliyev onu əlimizdən aldı.

Aya Sofya ilə bağlı ABŞ-ın dövlət katibi Maik Pompeo da etirazını bildirdi. Biz dövlət katibinə təşəkkür edirik və Türkiyə iqtidarına müraciət edirik ki, Türkiyənin xarici siyasətinə və Gürcüstanla münasibətlərinə zərər verən qərarlar verməkdən baş qaçırdsın” – dedi Natelaşvili.

Onun dediyinə görə, Aya Sofya YUNESCO-nun dəyərli abidələr siyahısına da daxil edilib və o kilsənin statusunun dəyişdirilməsi qara tarixə doğru geri atılan addım olacaq və beynəlxalq arenada qonşu Türkiyənin güclənməsi və avtoriteti üçün problem yaradacaq.

Natelaşvili ümid etdi ki, Türkiyə regionda etimad edə biləcəyimiz partnyor olacaq və regionin təhlükəsizliyinə qayğı göstərəcək.

Bizimlə əlaqə saxlayın