10 
Iyl
2020
23:17
758

Gürcüstan Ukrayna tərəfinə Mixeil Saakaşvilinin bəyanatına görə nota göndərdi

Gürcüstanın Ukraynadakı müvəqqəti müşaviri David Bocorişvili Ukraynanın xarici işlər naziri Vasil Bodnarla görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

XİN-dən verilən məlumata görə, David Bocorişvili Ukrayna tərəfinə iyulun 9-da Ukrayna islahatlarının milli şurasının icraçı komitə sədri Mixeil Saakaşvili tərəfindən verilən açıqlamaya qarşı etiraz notası göndərdi.

Görüşdə David Bocorişvili qeyd etdi ki, bənzər təxribatyönlü addımlar hər iki tərəf arasında mövcud olan strateji, dostluq əkaqələrinə ziyan verir. Tərəflər əməkdaşlığın gücləndirilməsi üçün hazır olduqlarını dilə gətirdilər.

Bizimlə əlaqə saxlayın