12 
Iyl
2020
20:27
1689

Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

Gürcüstan parlamentində "ictimaiyyətin sağlamlığı haqqında" qanunlayihə qeydiyyatdan keçib.

InterPress.ge xəbər verir ki, qanunlayihəyə əsasən, hökümət 2021-ci ilin 1 yanvar tarixinədək fövqəladə vəziyyət olmadan da məhdudiyyətlər tətbiq edə bilər.

Parlament bu qanunu Pandemiyadan irəli gələrək koronavirusla mübarizə məqsədilə cari ilin may ayında təsdiq etmişdi. Qanunun 2020-ci ilin iyunun 15 dək vaxtı var idi.

Qanunun müəlliflərinin bildirdiklərinə görə, qanunlayihə 2020-ci ilin 15 iyul tarixindən sonra da mövcud mexanizmlər davam etsin ki, proseslərin düzgün şəkildə gedişatını təmin etsin.

Sözügedən qanun layihə Gürcüstan qanunvericiliyinin 45-ci maddəsinin 3-cü prima maddəsini nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın