13 
Iyl
2020
18:06
1275

Sopo Kiladze: "Hökumətə müəyyən səlahiyyətlər verməliyik ki, ölkədə vəziyyət pisləşməsin"

"Hökumətə müəyyən səlahiyyətlər verməliyik ki, ölkədə vəziyyət pisləşməsin".

InterPress.ge xəbər verir ki, bu barədə İnsan hüquqları komitəsinin sədri Sopo Kiladze deyib.

"Ölkədə fövqəladə vəziyyət olmadan müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ölkənin pandemiya ilə mübarizə aparmasında müsbət rol oynadı. Pandemiya sona çatmadığına görə müəyyən addımlar atmalıdır. Məhz ictimai səhiyyə haqqında qanunlayihə bunu nəzərdə tutur", - deyə Kiladze bildirib.

Xatırladaq ki, "Sağlamlıq haqqında" qanuna edilən dəyişiklik layihəsinə görə, hökumətə fövqəladə vəziyyət elan edilmədən, məhdudlaşdırıcı tədbirlər tətbiq etmək hüququ 2020-ci ilin sonuna qədər uzadıla bilər.

Qeyd edək ki, hal-hazırda hökumətin 15 iyul 2020-ci ilədək məhdudiyyətlər tətbiq etmək hüququ var.

Bizimlə əlaqə saxlayın