14 
Iyl
2020
15:13
670

Arçil Talakvadze Roman Goçiridzeyə: "Gürcüstan vətəndaşları pozulmuş qanunlarınıza görə hələ də pul ödəyirlər"

"Sizin pozulmuş qanunların ödənişlərini bu günədək Gürcüstan vətəndaşları ödəyirlər".

InterPress.ge xəbər verir ki, Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Vahid Milli Hərəkat fraksiyasının sədri Roman Qoçiridzeyə parlamentin büro iclasında belə müraciət etdi.

Talakvadzenin açıqlamasına görə, pozuntuların ödənişini etmək üçün Vahid milli hərəkat partiyasında pulun toplanması başlasa yaxşı olar.

“Son ay ərzində Strasburq məhkəməsi milyonlarla dövlətə cərimə tətbiq etdi və siz bizə deyirsiniz qanunu icra edə bilmirsiniz? Bizə sizə yardım edənədək yaxşı olar ki, partiyada pul toplansın və dövlətə ödəyəcəyiniz məbləği ödəyəsiniz”, - dedi Talakvadze.

Bizimlə əlaqə saxlayın