15 
Iyl
2020
15:01
391

Gürcü arzusunun deputatlığa namizədlərinin adları nə vaxt açıqlanacaq?

Gürcü arzusu partiyası deputatlığa namizədlərini 1 həftəyə açıqlaya bilər.

InterPress.ge xəbər verir ki, partiyanın seçki qərargahının rəhbəri İrakli Kobaxidzenin açıqlamasına görə, 30 namizədi tez zamanda təqdim edəcəklər.

"Bu proses 1 həftəyə də baş tuta bilər. Bu barədə daha sonra məlumat verəcəyəm. Seçki siyahısına gəlincə hələ vaxtımız var. Lakin zamanla yeni simaları təqdim edəcəyik. Bunun üçün sentyabrın sonunadək vaxtımız var. Amma vaxtından tez təqdim edəcəyik. Yeni simaların heç birinin soyadlarını deyə bilmərəm", - dedi İrakli Kobaxidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər