15 
Iyl
2020
22:17
391

İrakli Kobaxidze: "Parlament sədri Arçil Talakvadzedir və öz vəzifəsində davam edəcək"

"Parlament sədri Arçil Talakvadzedir və öz vəzifəsində işləməyə davam edəcək".

InterPress.ge xəbər verir ki, bu haqda parlament çoxluğunun üzvü İrakli Kobaxidze qeyd edib.

O, özünün siyahıda olub olmayacağının hələ bəlli olmadığını və bununla bağlı qərarı siyasi şuranın qəbul edəcəyini qeyd etdi.

"Vəzifələrə gəldikdə isə qərarı partiya şurası qəbul edir" - dedi İrakli Kobaxidze.

Jurnalistlərin 10-cu çağırış parlament sədrinin kimin olacağı sualına isə Kaxa Kaladze belə cavab verir: Arçil Talakvadze parlamentə yaxşı sədrlik edir. Lakin yeni çağırışın parlament sədrinin kimin olacağı barədə idarəçi komanda hələki müzakirə aparmayıb.

"Komandada bununla əlaqəli müzakirə olmayıb. Buna vaxt yoxdur. İndi ən önəmli məsələ seçkiyə hazırlıq və gələcək 4 il ərzində həyata keçirəcəyimiz layihələri ictimaiyyətə təqdim etməkdir. Arçil Talakvadze parlamentə yaxşı sədrlik edir. Öz işini yaxşı icra edir. Gələcək sədrin kim olub ol ayacağı isə gələcəkdə bəlli olacaq ", - dedi Kaladze.

Bizimlə əlaqə saxlayın