17 
Iyl
2020
14:19
1595

Sabiq prezident müşaviri: “Gürcüstanın Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı passivliyi təəccüb doğurur”

“Azərbaycan-Ermənistan sərhədində baş verənlər son dərəcə narahatedicidir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidentinin müşaviri, xarici münasibətlər üzrə ekspert Tengiz Pxaladze “IPN” agentliyinə müsahibəsində deyib.

O, Gürcüstanın məsələ ilə bağlı passivliyindən təəccübləndiyini bildirib:

“Nə Təhlükəsizlik Şurası toplandı, nə parlament debatları, nə də bəyanatlar oldu. Yalnız bir telefon danışığı. Sanki baş verənlər birbaşa sərhədimizdə deyil, başqa planetdə cərəyan edir”.

Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında bərpa olunan münaqişə fonunda Gürcüstan məsələyə daha çox diqqət ayırmalıdır, belə ki, vəziyyət olduqca çətindir.(report)

Bizimlə əlaqə saxlayın