29 
Iyl
2020
09:18
966

Saakaşvili: "İvanişvili diplomatik dildən heç anlamır"

"Amerika Birləşmiş Ştatları Gürcüstan iqtidarını yetəri qədər tənqid etmir".

InterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın İslahatların İcraçı Komitəsinin sədri, sabiq Gürcüstan prezidenti Mixeil Saakaşvili deyib.

“Həqiqət isə, odur ki, Amerikalılar və Qərb İvanişvili rejiminə qarşı çox tənqidlidir, ancaq diplomatik dildən istifadə edirlər və İvanişvilinin ətrafındakılar diplomatik dili başa düşmürlər, – heç başa düşmürlər!

Ona görə də, mən Amerikalı partnyorlarımızdan gözləyirəm ki, pro-rus rejiminə qarşı həqiqi mövqelərini göstərsinlər, çünki İvanişvili diplomatik dildən heç anlamır” – dedi Mixeil Saakaşvili.

Bizimlə əlaqə saxlayın