29 
Iyl
2020
19:21
341

Qoçiridze: "Beynəlxalq təzyiqlər və şəxsi sanksiyalar İvanişvilini hələ çox asılı edəcək"

"Mixeil Saakaşvili 1 il əvvəl İvanişvili və Gürcüstan hökuməti haqqında hansı tonla danışırdı, indi bu sözləri Amerikalılar və Avroparlamentarilər danışır".

InterPress.ge xəbər verir ki, bu haqda Vahid Milli Hərəkat fraksiyasının sədri Roman Qoçiridze bildirib.

Onun sözlərinə görə, “ kiminlə işləri olduqlarını” və Mayk Pompeonun Qiorqi Qaxaria ilə telefon danışığından sonra etdiyi açıqlamadan sonra başa düşdülər.

“Amerika konqresinin Respublikaçılar partiyasının sənədində qeyd edirlər ki, İvanişvili Rusiyanın adamıdır və Gürcüstanda destabilizasiyanın faktorudur. Kimsə elə bilir ki, bu Saakaşvilinin sözləridir lakin bu Respublikaçılar partiyasının sənədində qeyd edilib. Ölkədə oliqarx idarəçiliyi var. Amerikalı ekspertlərin bugünkü açıqlmaları 100% yəqinliklə təsdiq edir. Qərb də müxalifətin hökumətə söylədikləri sözləri deyir. Kiminlə işləri olduqlarını başa düşdülər və məhz konstitusiya dəyişiklikləri və yeni seçki sistemi bunun səbəbi idi. Beynəlxalq təzyiqlər və şəxsi sanksiyalar İvanişvilini hələ çox asılı edəcək", - deyə Qoçiridze bildirib.

Bizimlə əlaqə saxlayın