01 
Avq
2020
16:30
464

Tea Tsulukiani: "Gürcüstan prezidenti öz qərarlarını müstəqil şəkildə verir"

"Giorgi Rurua ilə bağlı Gürcüstan prezidentinin kifayət qədər prinsipal tonu və mövqeyi var".

InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Naziri Tea Tsulukiani Gürcüstan prezidenti Salome Zurabişvilinin, Giorgi Rurua ilə bağlı qərarı haqqında deyib.

Tea Tsulukiani qeyd etdi ki, prezidentin bu qərarı göstərdi ki, konstitusiya reallığında prezidentin qərarları müstəqildir.

“Dünən Gürcüstan prezidentinin bəyanatını dinlədik. Onun kifayət qədər prinsipal tonu və mövqeyi var. Bu onun şəxsi qərarıdır” – dedi Ədliyyə Naziri.

Xatırladaq ki, dünən Gürcüstan prezidenti Salome Zurabişvili bəyan etdi ki, “Mtavari” kanalının ortaqlarından biri olan Giorgi Ruruayı əfv edilənlər siyahısına daxil etməyəcək.

Bizimlə əlaqə saxlayın