03 
Avq
2020
22:31
961

Saakaşvilidən müxalifət lideri haqda iddia - "O qaranlıq tərəfə keçdi"

"Ağmaşenebeli strategiyasının lideri Qiorqi Vaşadze qaranlıq tərəfə keçdi".

InterPress.ge xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti, Ukrayna islahatlarının milli şurasının icraçı komitə sədri Mixeil Saakaşvilinin bu haqda Mtavari arxinin efirində qeyd edib.

Saakaşvili Nika Qvaramiyanın Vaşadzenin İvanişvili tərəfindən verilən tapşırığı yerinə yetirir ya yox sualına belə cavab verir :

"Bilmirəm nədir amma o, qaranlıq tərəfə keçdi. Burada yalnız ağ qara və şəffaf və qaranlıq olmalıdır. İnsan qaranlıq tərəfə keçdisə deməli qaranlıq tərəfdədir. Onu Çxartişvili yoxsa bilmirəm kim keçirib", - dedi Saakaşvili.

Saakaşvilinin sözlərinə görə, Vaşadze haqqında uzun zaman danışılacaq fiqur deyil.

"Vaşadze çox xoşuma gəlirdi və həmişə şans verirdim. Bəzisi bu şansı dəyərləndirir bəzisi yox. Bir tərəfdə İvanişvili bir tərəfdə xalqım dayanır. Mən həmişə xalqımın yanındayam və Allah bizə yardımcı olsun, lakin İvanişvili hakimiyyətinin davam etməsinə deyil. Heç kim İvanişvilinin oyununu oynaya bilməz, çünki mən bu kampaniyada sonunadək varam. Mən xalqımla birlikdə İvanişvilinin məğlub etməyə hazırlaşıram. Vahid Milli Hərəkat partiyası İvanişvilinin məğlub etmək gücünə malikdir. VHM partiyası Gürcüstanı yenidən quracaq və yenidən inkişaf etdirəcək", - deyə Saakaşvili bildirib.

Bizimlə əlaqə saxlayın